Milli Məclis bu məsələlərə görə toplanır - Siyahı

img

10-04-2017 [10:52]


Azərbaycan Milli Məclisinin növbəti plenar iclası aprelin 14-də keçiriləcək.

İclasın gündəliyinə 36 məsələ daxildir. 

Bunlar Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatı, İctimai Televiziya və Radio Yayımları Şurasının üzvləri barədə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, "Məktəbə qədər təhsil haqqında” qanun layihələri, "Yanğın təhlükəsizliyi haqqında”, "Turizm haqqında”, "Texniki təhlükəsizlik haqqında”, "Yeyinti məhsulları haqqında”, "Toxumçuluq haqqında”, "Dövlət rüsumu haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Çayçılıq haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Telekommunikasiya haqqında”, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, "Standartlaşdırma haqqında” və digər bir sıra qanunlara, o cümlədən Şəhərsalma və Tikinti, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA