Maliyyə Nazirliyi QHT-lərə - Xəbərdarlıq

img

07-04-2017 [20:13]


Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib.

Mia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,  QHT-lər  "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən, illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq, 30 gün ərzində nazirliyə təqdim etməlidir:

"QHT-lər www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarını təqdim edə bilərlər".

Nazirlik maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulduğunu da QHT-lərə müraciətində xatırladıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA