07-04-2017 [12:46]
Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Milli Məclisdə hesabat verib.
O, 2016-cı ildə bağlı Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı açıqlayır. V.Eyvazov deyib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində xeyli işlər görülüb.
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator bildirilib ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup (+2) zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7-i "Azərbaycan Uşaq Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilib" - deyə, o, qeyd edib.
V.Eyvazov bildirib ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunub:
"Həmçinin, Vəkillər Kollegiyası ilə bağlanmış müqavilə əsasında hər bir zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə dövlət hesabına peşəkar hüquqi yardımla təmin edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı "Qaynar xətt” telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciətin hər biri üzrə təşəbbüskarlara zəruri izahlar verilib”.
Nazir müavini vurğulayıb ki, 2016-cı ildə Azərbaycanın şəhər və rayonları üzrə tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 6 məcburi əmək cinayəti müəyyən edilib:
"Əcnəbilərin əmək istismarına cəlb olunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla məcburi əmək faktı aşkar edilməyib. Lakin əmək qanunverciliyinin tələblərinin pozulması halları mövcud olub ki, bununla əlaqədar müvafiq xətaları törətmiş şəxslər barəsində inzibati tənbehlər tətbiq olunub. Miqrantların məcburi əməyə cəlb olunmasının qarşısının alınmasında ölkədə yaşama və olma qaydalarını pozan 26 435 əcnəbi və vətəndaşlığı olmayan şəxsin aşkarlanaraq barələrində qanunverciliyə uyğun məsuliyyət tədbirləri görülməsinin, o cümlədən 5 523 nəfərin ölkə hüdudlarından kənara çıxarılmasının da böyük əhəmiyyəti olub.
Ərazi polis orqanları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilmiş reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənib. Bununla belə, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub, habelə uşaqlara müvafiq qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara baxılması üçün 300 material göndərilib. Xüsusi monitorinq qrupları tərəfindən övladlığa götürülmüş 200-dən çox uşağın qəyyumluğa və himayəyə verildiyi ailələrdə yaşayış şəraiti də yoxlanılaraq zəruri sosail və tibbi yardımla əhatə olunmaları təmin edilib”.
Report
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün yardım istədim"
YPG 4 günlük atəşkəs anlaşmasını pozdu - Suriya əsgəri həlak olublar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslərin dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz