Nəsimidə “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim - Açıqlama + FOTO

img

06-04-2017 [21:45]


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin paytaxtın Nəsimi rayonunda keçirdiyi "Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlimdə rayon məktəblərinin bir qrup şagirdinə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verilib.

Bu barədə Mia.az-a verilən məlumata görə, Dəyirmi Masada keçirilən təlimi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə uşaqlara qayğı işinin dövlət siyasəti səviyyəsində həyata keçirildiyini bildirmiş, yeni nəsilin sağlam, tərbiyəli və bilikli böyüməsi ilə bağlı rayonda gerçəkləşdirilən davamlı layihələrin humanist mahiyyətinidən söz açıb. 

O, uşaqların ahəngdar inkişafında, cəmiyyətdəki mövqelərini qiymətləndirmələrində  öz hüquqlarından vaxtında xəbərdar olmalarının önəmini vurğulayıb.
 
Bildirilib ki, respublikamızda uşaqların müstəqil özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, öz hüquq və maraqlarının müdafiəsində fəal iştirakının təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir: "Belə layihələr böyüməkdə olan nəsilin ictimai fəallığının artırılmasına və onlarda öncüllük keyfiyyətinin formalaşmasına önəmli təsir göstərir. Nəsimi rayonunda davamlı olaraq uşaq və yeniyetmələrin hüquqları, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir".

Təlimdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva və aparıcı məsləhətçisi Fərid Ədilov təlimdə uşaq hüquqları ilə bağlı Nəsimi məktəblilərini məlumatlandırıblar. 

Sonra uşaq məsələlərini əhatə edən videoçarxlar nümayiş etdirilib. 

 Məktəblilər mövzu ətrafında qruplar üzrə fəal müzakirəyə cəlb olunub, onların sualları cavablandırılıb.

Mia.az






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA