Elmar Məmmədyarov Estoniyadan gələn naziri qəbul elədi - Müzakirə

img

06-04-2017 [18:49]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Estoniya dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Estoniya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub və hökumətlərarası komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişafı baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmi vurğulanıb.
 
İki ölkənin nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və tibb sahələrində əməkdaşlığı üçün əlverişli imkanların mövcud olduğu bildirilib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA