"Almaniya Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək" - Merkeldən Əliyevə məktub

img

06-04-2017 [15:04]


Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident.  Əziz cənab Əliyev.

Ölkələrimiz arasında 25 il bundan əvvəl diplomatik əlaqələr qurulub. İkitərəfli əlaqələrimiz qədim tarixə malikdir. İki yüz il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşıblar. Münasibətlərimizin canlı və hərtərəfli olduğunu 2016-cı ilin iyun ayında Almaniyaya etdiyiniz səfərinizlə birmənalı olaraq təsdiq etdiniz.

Almaniya Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaq.

Mən əminəm ki, Azərbaycan bütün region kimi yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcəkdir. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcək. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə mən Azərbaycana sülh, rifah, ölkələrimizə isə etibarlı əməkdaşlığın uğurlu davam etdirilməsini və genişləndirilməsini arzu edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA