Parlamentdə gərginlik: “Onlar məscid tikmirlər ki, vəhhabiliyi yaysınlar..." - Komitə sədrindən deputata sərt təpki

img

06-04-2017 [12:20]


Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Şəmsəddin Hacıyevlə həmkarları Asim Mollazadə və İsa Həbibbəyli arasında mübahisə yaranıb.
 
Mübahisəyə səbəb xarici sərmayədarlara ölkədə məktəbəqədər təhsil müəssisələrinin tikilməsi üçün təsisçilik hüququnun verilməsi olub.

Ş. Hacıyev bildirib ki, qanun layihəsi ilə bundan əvvəl qəbul olunmuş "Təhsil haqqında” qanun arasında ziddiyyətlər var: "Ziddiyyətlər bir neçə hissədən ibarətdir. Məsələn, xarici sərmayədarlara ölkədə məktəbəqədər təhsil müəssisəsinin tikilməsi üçün təsisçilik hüququnun verilməsini bu layihədə qeyd etmək lazımdır”.  
 
Ş. Hacıyev sözünü yarımçıq kəsən komitə sədri İ. Həbibbəyliyə sərt reaksiya verərək çıxışına imkan verməyi tələb edib. 

O, tədrislə təsisçiliyin fərqli olduğunu bildirib: "Biz onlara təsisçilik hüququ verməliyik. Necə ki, "Təhsil haqqında” qanunda bu, var. Təhsilin inkişafını istəyiriksə, niyə şərait yaratmırıq”.
 
Bu zaman deputat Asim Mollazadə Ş. Hacıyev irad tutaraq bildirib ki, belə olan halda həmin sərmayədarlar ölkədə öz prinsiplərini yayacaqlar. Ş. Hacıyev isə "onlar məscid tikmirlər ki, vəhhabiliyi yaysınlar, bu, məktəbəqədər təhsil müəssisəsidir” – deyə, cavab verib.
 
Snda İ. Həbibbəyli bildirib ki, bu məsələdə xarici sərmayədarlar dövlət üçün əhəmiyyətli deyil: "Burada uşaqlarımızın gələcəyindən söhbət gedir. Hesab edirəm həm təhlükəszilik, həm də yad ideologiya baxımından buna diqqət etməliyik”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA