Polad Bülbüloğlu oturub Moskvada, Azərbaycandan xəbəri yoxdu - İttiham

img

05-04-2017 [10:36]


"Dilqəm və Şahbaz atalarının qəbrini ziyarətə getdiklərinə görə Ermənilər onları həbs edir, erməni isə Azərbaycana gəlib atasının qəbrini ziyarət edir."

Bunu moderatora-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

Partiya sədrinin sözlərinə görə, Dilqəm və Şahbaz dərhal azad olunmalıdır:

"Polad Bülbüloğlu erməninin Azərbaycana gətirilməsi təşəbbüsü ilə çıxış edib, onu ölkəmizə gətirib. İndi də qoy Dilqəmlə Şahbaz üçün iş görsün. Özü də onlar Rusiya vətəndaşlarıdı. Soydaşlarımız dərhal azadlığa buraxılmalıdır. Ölkəmizdə olan bəzi qüvvələr milli qürurumuzu tapdalayır. Ermənini restorana qonaqlığa aparırlar. Azərbaycanda ali təhsil almış 3 gənc isə gedib restoranda erməniyə qulluq edir. Bu hadisəni hansısa çərçivəyə sığdırmaq mümkün deyil.

Polad Bülbüloğlu oturub Moskvada, Azərbaycandan xəbəri yoxdu. Mən Polad müəllimə hörmət etmişəm hər zaman, nazir işlədiyim dönəmdə bir iqtidarda təmsil olunmuşuq. Amma mən onun bu addımını qəbul edə bilmirəm. Erməni ermənidir, onlardan heç vaxt dost olmaz. Onlar türkə düşməndir. Ermənilərin buraya gəlməsinin qarşısı alınmalıdır. Hakimiyyətdə də erməni ilə qarışığı olanlar var. Elə onları da sıxışdırıb ölkədən çıxarmaq lazımdır. Mən həmişə bir fikiri demişəm, gəlin hamımız prezidentin ətrafında birləşək, bu hal baş verdikdən sonra heç bir xəyanətkar xalqa ziyan vura bilməz.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA