Qubad İbadoğlu nazirliyi məhkəməyə verdi - Səbəb

img

04-04-2017 [19:51]


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, tanınmış iqtisadçı  Qubad İbadoğlu hərəkatın dövlət qeydiyyatına alınmaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Bu barədə Mia.az-a Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, iddia ərizəsinə bu ay baxılması gözlənilir..

Qeyd edək ki, ADR-in dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edilsə də, nazirlik hərəkatı qeydə almaqdan imtina edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA