"Belə hara gedirik?" - Deputat qiymət artımına etiraz edib

img

04-04-2017 [17:00]


Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qiymət artımı tənqid olunub.

Deputat Araz Əlizadə bildirib ki, ölkədə qiymətlər ildə iki dəfə 20-25 faiz artır: "Bu, artıq ənənəvi hal alıb. Bahalaşma xüsusilə ərzaq və dərmanların qiymətlərində müşahidə olunur".

Deputat bunun ciddi narahatlıq yaratdığını deyib: "Cənab prezident ildə iki dəfə maaşların artırılması barədə qərar verir. Bununla bərabər isə ölkədə bəziləri tərəfindən qiymətlər müvafiq olaraq dərhal 20-25 faiz artırılır, bununla da atılan addımın əhəmiyyətini itirirlər. Belə hara gedirik? Deyim var ki, "Bir kərə qalxan bayraq bir daha enməz", təəssüf ki, bizdə qalxan qiymətlər də enmir, əksinə getdikcə qalxır”.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA