"Həmrəy”də sədr dəyişikliyi oldu - Toplantı + FOTOLAR

img

04-04-2017 [15:16]


"Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin Ümumi Yığıncağının növbəti toplantısı keçirilib.

Mia.az xəbər verir ki, İctimai Birliyin rəhbəri Yəhya Babanlı təşkilatın yaranmasının 4-cü ildönümü ilə bağlı geniş məruzə edib, prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən dövlət gənclər siyasətinə uyğun olaraq paytaxtda və bölgələrdə gerçəkləşdirilmiş layihələrə nəzər salıb. Bununla yanaşı, görüləcək işlər, qarşıda duran vəzifələr barədə məlumatlar verib. 

Bu işlər üçün bəzi dəyişikliklərə ehtiyac olduğunu deyən Yəhya Babanlı İdarə Heyətinin yenidən formalaşdırılması  və yeni sədrin seçilməsinin vacibliyini vurğulayıb.  

Bundan sonra təşkilata yeni İdarə heyəti və sədr seçilməsi məsələsi gündəliyə çıxarılıb və səsə qoyulub.

 Bununla da  11 nəfərdən ibarət yeni İdarə Heyəti formalaşıb və İdarə Heyətinin qərarı ilə Çingiz Əliyev "Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin yeni sədri seçilib. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA