04-04-2017 [12:55]
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə, büdcə və büdcədənkənar fondların vəsaitlərindən təyinatı üzrə istifadə etməməyə görə tətbiq olunan cəzalar sərtləşdirilir.
Cinayət Məcəlləsinə əsasən, hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihədə bu halda 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilib.

Bu barədə fikirlərini mia.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, təklif olunan dəyişikliklər ciddi xarakter daşımır. Onun sözlərinə görə, korrupsiyaya qurşanan, büdcə vəsaitlərini talayan məmurlara qarşı sərt olmaq lazımdır:
"Əgər bir məmur milyonlarla manat mənimsəyirsə, onun üçün bir neçə min manat cərimə ödəmək elə də çətin məsələ deyil. Milli Məclisin belə bir qanun qəbul etməsini normal qarşılamaq lazımdır. Çünki Milli Məclis bəzi monopolist məmurların təsiri altındadır. Qrup şəkilində bölünüblər, hər məmurun öz deputat qrupu var. Ona görə də dəyişikliklər də həmin məmurların maraqlarına uyğun olur. Onlar imkan vermirlər ki, normal qanunlar qəbul edilsin.
Diqqət edirsinizsə, deputat Vahid Əhmədov maliyyə məsələləri ilə bağlı bir sıra təkliflər irəli sürür, məmurların deklorasiya verməsi ilə bağlı məsələ qaldırılır, amma qəbul olunmur, müxtəlif bəhanələrlə uzadılır. Məmur var ki, milyonlara sahibdir, amma ona "gözün üstə qaşın var” deyən yoxdur. Belə bir şəraitdə onlar daha da azğınlaşır. Ona görə də hesab edirəm ki, müzakirə olunan cəza mexanizmləri ilə buna qarşı mübarizə aparmaq olmaz».
Partiya sədri onu da deyib ki, korrupsioner məmurlara qarşı daha sərt cəzalar tətbiq olunmalıdır. Onun sözlərinə görə, Gürcüstan variantından istifadə etmək lazırdır: «Hakimiyyətin birinci, ikinci şəxsləri daha sərt addımlar atmalıdır. Çünki bu məmurlara humanistlik göstərmək yaramır. Onlar bunlan sui-istifadə edirlər.
Gəlin yoxlama aparaq, görək, Bakıdakı milyonluq villaların sahibləri kimlərdir. Onda hər şey üzə çıxacaq. Mən sizə adi rəqəm deyim. Səlim Müslümovun zeytunluqda tikdirdiyi villanın dəyəri 5-10 milyondur. Soruşmaq lazımdır ki, 1700 manat əmək haqqı ilə 5 milyonluq villanı necə tikdirmisən? Səlim Müslümovun, yaxud Heydər Əsədovun 3-5 min manat cərimə ödəməsi çətin deyil. Hesab edirəm ki, bununla bağlı sərt tədbirlər olmalıdır. Hər şeydən öncə məmurların həyat tərzi yoxlanılmalıdır. Ziya Məmmədovla bağlı son araşdırmalar zamanı onun nə qədər mülklərini, şirkətlərin olduğu üzə çıxdı. Güya oğlunun mülkləridir. Xeyr, hamısı dövlətdən oğurlanan pulların hesabınadır. Həmin mülklərin hamısı dövlətə qaytarılmalıdır».
H.Hacıyev onu da nəzərə çatdırıb ki, korrupsiya və rüşvətxorluqla məşğul olan məmur həbs olunmalıdır. Onun qənaətincə, bu məsələdə güzəştə getmək lazım deyil.
«Nazirlər, komitə sədrləri, nazir müavinləri, icra başçıları səviyyəsində həbslər olmalıdırlar ki, insanlar korrupsiyaya qarşı mübarizənin olduğunu görsünlər. «Rabitə işi»ndə göründü ki, illər boyu dövlətin pulları necə göyə sovrulub. Ona görə də Milli Məclisdə qəbul eləmək istədikləri qanun mənasız bir şeydir. Hətta bunu məmurlar öz aralarında lağ hədəfinə də çevirəcəklər. Ona görə də qətiyyətli olub qanunu pozan, cinayət törədən ən yüksək çinli məmur olsa belə, həbs edilməlidir», - deyə müsahibimiz fikrini tamamlayıb.
Mia.az
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - Vida mərasimi başlayıb (Yenilənib)
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama