"İşə yekun vurulması, ilk növbədə..." - Lavrovdan Qarabağ açıqlaması

img

03-04-2017 [11:50]


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan və Azərbaycanın siyasi iradəsindən və kompromisslərə getməyə hazırlığından asılıdır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni mətbuatına müsahibəsində deyib.

Nazir qeyd edib ki, bir çox məsələlər üzrə razılıq əldə olunub: "Bir neçə, amma daha mürəkkəb məsələ qalıb. Lakin aydındır ki, işə yekun vurulması, ilk növbədə, ölkələrin öz siyasi iradəsindən və onların kompromiss qərarlara getməyə hazır olmasından asılıdır".

S.Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının fəal iştirakçısı olaraq qalır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA