"Öhdəliklərə əməl edilməlidir" - ATƏT sədrindən aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat

img

31-03-2017 [12:34]


ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz bu gün Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub.

O bildirib ki, bir il əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son iki onillik ərzində baş verən ən dəhşətli döyüş zorakılığa, insan itkisinə və əziyyətlərə səbəb olub: "Bu, müharibənin sülh səylərini nə dərəcədə təhlükə altına almasının sübutudur. Bu halda biz tərəfləri atəşkəsi təhlükə altında qoya biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırırıq. Bütün tərəflər öz öhdəliklərini yerinə yetirməli, beynəlxalq humanitar öhdəliklərə güclü şəkildə əməl etməlidir. Müharibə cinayətlərinə heç bir zaman haqq qazandırıla bilməz”.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA