"Beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır" - PA rəsmisi

img

31-03-2017 [11:38]


"XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırımı hadisələrini unutmamalıyıq”.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter” səhifəsində yazıb.

"Təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumub, hadisəni törədənlər isə cəzasız qalıb. Bundan istifadə edərək ermənilər əsrin sonlarında Xocalı soyqırımını törədiblər. Bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti hərtərəfli məlumatlandırmalıyıq. Beynəlxalq birlik və böyük dövlətlər isə ədalətli mövqe tutmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA