30-03-2017 [16:05]
Azərbaycan Respublikasının Düşənbədəki səfirliyində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş geniş tədbir keçirilib.
Bu barədə səfirlikdən Mia.az-a verilən məlumata görə, səfirliyin foyesində azərbaycan, rus və ingilis dillərində kitablar və pres-relizlər nümayiş etdirilib, paylanılıb.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən tədbirdə Düşənbə şəhərində akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Tacikistanda yaşayan Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Səfir Abbasəli Həsənov Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tədbir iştirakçılarına ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat verib.
O, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Səfir Abbasəli Həsənov çıxışında bildirib ki, faktiki olaraq, ermənilər azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin 200 ilə yaxın tarixi vardır:
"Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların bir dəsti xətti vardır. Onlar həmişə dünyada və bölgədə baş verən hadisələrin gedişatını diqqətlə izləyərək, ara qarışıqlığı yarandığı təqdirdə, cinayət törətməyə fürsət yarandığı zaman fürsətdən məharətlə istifadə edir və cinayəti qəddarcasına həyata keçiriblər.
Məsələn, Birinci Dünya Müharibəsinin başa çatması, Osmanlı ordusunun zəifləməsi, Rusiyada çarın devrilməsi və bolşeviklərin hakimiyyətə gəlməsi, rus hərbi dəstələrinin Balkanlardan və Türkiyədən çıxarılması və S.Şaumyana həvalə edilməsindən ermənilər məharətlə istifadə edərək, həmin dəstələri azərbaycanlılara qarşı soyqırımı törətməkdə istifadə etdilər. Analoji üsuldan 1992-cil il fevral ayının 25-dən 26-na keçən gecə, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayından istifadə edərək, Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırım həyata keçirdilər. Bütün dövrlərdə Azərbaycanın dinc əhalisinə qarşı hücumlar axşam vaxtlarında 22, 23, 24 radələrində həyata keçirilmişdir".
Sonra Səfir Abbasəli Həsənov çıxışına davam edərək bildirib ki, 1915-ci ildə Andronikin rəhbərlik etdiyi ermənilər Böyük Britaniyanın dəstəyi ilə İranın Qərbi Azərbaycan vilayətində özlərinə dövlət yaratmaq məqsədi ilə Xoy, Salmas, Urmiya, Culfa və b. bölgələrdə 100000 artıq insanı qətlə yetirərək, soyqırım həyata keçiriblər:
"Əhalinin böyük itkilər verməsinə baxmayaraq, öz məqsədlərinə nail ola bilmədilər. Bu haqda İranın arxivlərində lazımınca sənədlər mövcuddur".
Tədbir iştirakçıları 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulayaraq, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd ediblər.
Sonra 31 mart hadisələrini əks etdirən sənədli filmlər rus və ingilis dillərində nümayiş etdirilib, 31 mart Azərbaycanlıların Soyqırımını əks etdirən və yerli KİV-də dərc edilən məqalə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - Vida mərasimi başlayıb (Yenilənib)
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama