Səfirimiz etimadnaməsini prezidentə təqdim etdi - Argentinada

img

27-03-2017 [19:52]


Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina prezidenti Maurisio Makriyə təqdim edib.

XİN-in mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, görüşdə səfir R. Aslanov ölkəmiz haqqında prezident M. Makriyə ətraflı məlumat verib.

Görüş əsnasında Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident M. Makri səfir R. Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA