"Mitinqin şüarlarında taktika düzgün seçiləcəksə..." - ALP-dən mitinq açıqlaması

img

24-03-2017 [21:59]


Milli Şura mitinqlər keçirmək barədə müzakirələrə başladığını bəyan edib. 

Qurumun bu addımı isə kütləvi aksiyaları yadırğamaqda olan cəmiyyətdə birmənalı qarşılanmayıb.  

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a danışan ALP sədri Əvəz Temirxan bildirib ki, onlar partiya olaraq Milli Şuranın ehtimal olunan mitinqində iştirak etməyəcəklər:

"Biz müzakirə olunan mitinqin təşkilatçısı deyilik. Partiya olaraq mitinqdə iştirak etməyəcəyik. Amma üzvlərimiz hər hansısa aksiyada iştirak etməkdə azaddılar.  Mitinqin şüarlarında taktika düzgün seçiləcəksə, nəsə bir effekt gözləmək olar, əgər bunların heç biri olmazsa, mitinqdən nəsə gözləməyə dəyməz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA