"Çoxqütblü sistem yaradılmaqla dünyada sabitlik yaradıla bilər” - Prezidentin köməkçisi BMT-ni qınadı

img

16-03-2017 [19:03]


"Sülhün və sabitliyin təmin olunmasında beynəlxalq təşkilatların üzərinə məsuliyyət düşür”.

Mia.az xəbər verir ki, bunu V Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar içərisində BMT-nin fəaliyyəti narzılıqla qarşılanır: 

"Müharibə ölkələrinə ikili sdandartlarla yanaşır. Münaqişələrdən əziyyət çəkən dövlətlərin BMT-yə inamı azalır. Liviya ilə bağlı çıxardığı qətnamə anındaca icra edildi. Amma BMT Ermənistan-Azərbaycan münaqişə ilə bağlı qətiyyət nümayiş etdirmir. Baxmayaraq ki, münaqişə ilə bağlı qətnamə qəbul olunub. Buna görə də təşkilatlarda struktur islahatları aparılmalıdır”.

Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün bərqərar olunması üçün BMT-də islahatların aparılmasının tərəfdarıdır: "İslahatların aparılması ilə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb edilə bilər. Beynəlxalq münasibətlərdə birqütblü sistem yaradılıb. Bu da birmənalı qarşılanmır. Çoxqütblü sistem yaradılmaqla dünyada sabitlik yaradıla bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA