“İnsanlar müharibədən yorulub..." - Rusiyalı politoloq Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu

img

16-03-2017 [17:22]


Rusiyalı politoloq, "Cənubi Rusiya təhlili" nəşrinin baş redaktoru Yevgeni Mixaylov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Platformanın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə,  o, bu barədə aşağıdakı bəyanatı yayıb:
 
"İnsanlar müharibədən yorulub. Artıq 25 il davam Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoymaq lazımdır. Eyni zamanda Ermənistan və Azərbaycan respublikalarının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə almaq çox vacibdir. Həmçinin mövcud münaqişəni beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm.
 
30 il əvvəl biz iki xalqın əsrlərlə formalaşan dostluq və sülh şəraitində yaşamasının şahidi idik. Müasir dövrümüzdə iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm. Mən iki xalqın sülh və qardaşlıq şəraitində birgə yaşamasına və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstəyimi ifadə etmək istəyirəm. Bu səbəbdən məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan "Ermənistan Azərbaycan Sülh Platforması”na dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA