"...Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin xeyrinə olacaq" - Lavrov

img

16-03-2017 [13:06]


"Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasına digər dövlətlərə zərər verən prosesə kimi baxmağa dəyməz. Rusiyanın gizli gündəmi yoxdur. Biz başqasının maraqlarını pozan, üçüncü ölkəyə qarşı olan siyasi və ya iqtisadi alyans yaratmırıq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Ermənistanın "Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya hər kəslə konstruktiv əməkdaşlığa hazırdır: "Əminik ki, aylarla çəkən böhranlı Rusiya-Türkiyə əlaqələrindən çıxan nəticə regionda qarşılıqlı anlaşmanı və inamı artıracaq. Ümid edirik ki, Ankara ilə ikitərəfli əməkdaşlığın mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin xeyrinə olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA