"Dünyanın orta yaş həddi 50 olan ölkələr var" - Əli Əhmədov

img

16-03-2017 [11:35]


"Dünya inkişaf edir. Ancaq təəssüflə bunun bəzi ziddiyyətlərə də yol açdığını qeyd etməliyəm. Dünyanın inkişafı təzadları aradan qaldıra bilmir”.

Mia.az-ın məlumatına görə, bu sözləri Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dünyanın bir tərəfində inkişaf, digər tərəfində aclıq, səfalət, toqquşmalar hökm sürür: "Təəssüflər olsun ki, dünya əhalisinin bir milyarda yaxını aclıqdan əziyyət çəkir, onlar qida tapa bilmirlər. Kasıblıq bəşəriyyəti düşündürən əsas məsələlərdəndir. Dünyanın bir milyard insanı gündəlik bir dollara yaşayırlar. Qarşıya qoyulan məqsəd qeyri-bərabərliyin aradan qaldırılması olmalıdır. Qeyri-bərabərlik faciəyə səbəb olur. Dünyanın orta yaş həddi 50 olan ölkələri var. Bu rəqəm inkişaf etmiş ölkələrdə isə 80-i ötür”.

Ə.Əhmədov qeyd edib ki, yüz minlərlə insanın toqquşmalarda həlak olması bəşəriyyəti düşündürməlidir: "Bundan başqa, miqrasiya problemləri də diqqət mərkəzində olmalıdır. Bu, həm də ekoloji tarazlığın pozulmasıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA