Fransua Olland: "Fransa Azərbaycan üçün açıq və səmimi bir tərəfdaş olaraq qalacaqdır"

img

15-03-2017 [10:00]


"Fransa Azərbaycan üçün hər zaman mübadilələrimizi, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaqdır".

"Report"un xəbərinə görə, bunu Fransa Prezidenti Fransua Olland Parisdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyində deyib.

F.Olland vurğulayıb ki, əslində Azərbaycan və fransa xalqları arasındakı əlaqələrin tarixi 25 illik diplomatik münasibətlərdən daha qədimdir: "Bizim ölkələri birinci növbədə ticarət əlaqələri yaxınlaşdırmışdır. Bu əlaqələrin ilk izlərinə IX və X əsrlərdən başlayaraq Azərbaycandan keçən tarixi İpək Yolunda rast gəlmək olar. XIII əsrdən isə bu yolu fransız səyyahları da keçməyə başlamışlar.

Sizin ölkənizin əməkdaşlıq əlaqələrini şaxələndirmək, müstəqilliyini möhkəmləndirmək kimi böyük bir məqsədiniz var. Biz Azərbaycan və Avropa İttifaqı arasında yeni müqavilə perspektivini məhz bunu düşünərək dəstəklədik. Mən şadam ki, bununla bağlı danışıqlar artıq bir ay əvvəl Brüsseldə Sizin iştirakınızla başlamışdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA