Tanınmış məhkumların adı Əfv Komissiyasına verilib - Hüquq müdafiəçisi

img

14-03-2017 [09:24]


Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı, 400-ə yaxın insanın ölkə başçısının humanist addımı nəticəsində azadlığa çıxacağı gözlənilir.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a deyib ki, onların Prezident yanında Əfv Komissiyasına təqdim etdiyi siyahıda 24 nəfərin adı qeyd olunub.

Onların arasında Əli İnsanov, İlqar Məmmədov, NİDA-çı gənclər Qiyas İbrahimov, Bayram Məmmədov, AXCP sədrinin köməkçisi Faiq Əmirli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və başqaları var.

N.Cəfəroğlu siyahıda olan şəxslərin azadlığa çıxacağına böyük ümidlərinin oldğunu qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA