BAMF sədri BMT-də Ermənistan-Azərbaycan Sülh Platformasını təqdim etdi - Çıxış (VİDEO, FOTOLAR)

img

13-03-2017 [18:07]


 BMT-nin Cenevrədəki qərargahında BAMF-ın təşkilatçılığı ilə münaqişədən əziyyət çəkən uşaqlarla bağlı beynəlxalq müzakirələr zamanı Ermənistan-Azərbaycan Sülh Platforması təqdim olunub.
 
Mia.az xəbər verir ki, çox sayda  ictimai xadim, BMT ekspertləri, tanınmış beynəlxalq təşkilatların nümayəndələri, BMT agentliklərinin təmsilçiləri, səfirlər iştirak etdiyi tədbirdə çıxış edən BAMF sədri Umud Mirzəyev Platformanın Cənubi Qafqaz Regionunda davamlı sülhün əldə olunmasında oynayacağı rol barədə danışıb və tədbirdə iştirak edən beynəlxalq təşkilatları bu Platformaya qoşulmağa dəvət edib.
 
O, rəhbərlik etdiyi təşkilatın da Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğunu xatırladaraq, bu təşəbbüsün yaranması və platformanın qarşıya qoyduğu məqsədlərdən danışıb.
 
U.Mirzəyev bildirib ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan xalqlarının münaqişəsi deyil, bu dünyanın bir sıra maraqlı qüvvələrinin bu regionda sülhün qarşısını almaq üçün yaratdığı bir münaqişədir:

"Ona görə də hər iki xalqın nümayəndələrinin birlikdə görüşüb , regiona sülh gəlməsi üçün birgə fəaliyyət göstərməsinə ehtiyac var. Bu təşəbbüsün məqsədi hər iki ölkədə vətəndaş cəmiyyətinin sülh prosesinə cəlb olunması, Dağlıq Qarabağ münaqişəsinin gələcək nəsillərə ötürülməməsi və hər iki xalq arasında sülh və dinc birgəyaşayışın yollarını tapmaqdan ibarətdir".

O, vurğulayıb ki, sülh prosesində yalnız iki xalqın iştirakı yetərli deyil, bu sülhün həqiqətən də bərqərar olmasını istəyən dövlətlər əməli şəkildə bu prosesi dəstəkləməlidirlər:

"Bu prosesdə, həmçinin beynəlxalq təşkilatlar və hər iki ölkənin diasporu vətəndaş cəmiyyətlərinin yaxınlaşması üçün səy göstərməlidirlər. Bu Platformanın üzvləri Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, münaqişənin həlli üçün BMT-nin müvafiq qətnamələri və Avropa Şurasının 1416 saylı qətnaməsinin icra edilməli olduğunu bəyan ediblər".

Cənab Mirzəyev regionda sülhün bərqərar olması üçün işğal olunmuş torpaqların azad edilməsinin, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasının vacib şərt olduğunu bildirib. 

Daha sonra o, Ermənistan-Azərbaycan Sülh beynəlxalq təşkilatların platformaya münasibəti və qarşıda duran əsas hədəflər barədə məlumat verib. Qeyd edib ki, platformanın təqdimatı və sülh prosesinə dəstək göstərənlərin sıralarını genişləndirmək, yeni fikir və impulsların qazanılması üçün yaxın gələcəkdə digər böyük siyasi müzakirə meydanlarında da təqdimatlar, görüş və toplantılar keçiriləcək.
 
Daha sonra BAMF sədri Cenevrənin mərkəzindəki dünyanın aparıcı xristian kilsələrinin, iri şirkətlərinin nümayəndəliklərinin fəaliyyət göstərdiyi mərkəzə baş çəkib. Burada dünyanın bir çox ölkələrində sülh quruculuğu və dayaqıqlı maliyyə imkanlarının formalaşdırılması istiqamətində çalışan, sosial sahibkarlıq müəssisələrinin yaradılması strategiyası üzrə ixtisaslaşan Coopérative SEEDS Investments şirkətinin prezidenti Karl –Qustav Bjertneslə (Carl-Gustav Bjertnes) görüşüb. Bu görüşdə də Ermənistan-Azərbaycan Sülh Platforması barəsində danışılıb və Karl –Qustav Bjertnesə platformanın ideya və prinsiplərinin yazıldığı buklet təqdim olunub. Platformanın əhəmiyyəti barədə məlumat verən BAMF sədri Umud Mirzəyev  Coopérative SEEDS Investments şirkətinin prezidenti Karl –Qustav Bjertnesi də platformaya qoşulmağa dəvət edib.
 
Daha sonra BAMF sədri Cenevrənin mərkəzindəki dünyanın aparıcı xristian kilsələrinin, beynəlxalq təşkilatların fəaliyyət göstərdiyi mərkəzə baş çəkib. Burada dünyanın bir çox ölkələrində sülh quruculuğu və dayaqıqlı maliyyə imkanlarının formalaşdırılması istiqamətində çalışan, sosial sahibkarlıq müəssisələrinin yaradılması strategiyası üzrə ixtisaslaşan Coopérative SEEDS Investments şirkətinin prezidenti Karl –Qustav Bjertneslə (Carl-Gustav Bjertnes) və Globethics.net şirkətinin nümayəndələri ilə görüşüb. Bu görüşlərdə də Ermənistan-Azərbaycan Sülh Platforması barəsində danışılıb, həm  Karl –Qustav Bjertnesə, həm də Globethics.net şirkətinin təmsilçilərinə platformanın ideya və prinsiplərinin yazıldığı buklet təqdim olunub. Platformanın əhəmiyyəti barədə məlumat verən BAMF sədri Umud Mirzəyev Coopérative SEEDS Investments şirkətinin prezidenti Karl –Qustav Bjertnesi və Globethics.net şirkətinin nümayəndələrini də platformaya qoşulmağa dəvət edib. 

1

1

1

1

1

1

1

1

1

1

1

1

1


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA