“Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır” - Fransa Senatının üzvü

img

13-03-2017 [12:36]


"Biz çox gözəl başa düşürük ki, Azərbaycanın bir qayğısı mövcuddur və bu da təbii ki, Dağlıq Qarabağ münaqişəsidir”.

Bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Milli Məclisdə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qrupun bütün üzvlərinin münaqişə barədə yetərincə məlumatı var:

"Biz Fransada Azərbaycanı yaxından tanıyan insanlar kimi bu istiqamətdə fəal iş aparırıq. Azərbaycanın haqq işinə dəstək verəcəyik. Çünki Azərbaycanın torpaqları işğal olunub. Hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Ancaq əsas olan torpaqların geri qaytarılmalısıdır”.

Andre Reyşar bildirib ki, Azərbaycan ərazi bütövlüyünü təmin olunmalı, öz torpaqları üzərində nəzarəti bərpa etməlidir: 

"Ötən ilin aprel ayında baş verən döyüşlər artıq narahatlığın pik həddə olduğunu göstərdi. Bu da onu göstərir ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Ancaq istənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. Bütün hallarda biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.


"Report”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA