13-03-2017 [12:28]
«Türkiyə ilə Niderland arasındakı mübahisənin yeganə məqsədi seçkilərdə daha çox səs toplamaqdır».
«The Washington Post» qəzetinin son hadisələrə həsr edilmiş məqaləsi belə adlanır. Şənbə günü Hollandiya Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinin enməsinə imkan verməyib.
M.Çavuşoğlu Hollandiyaya Türkiyədə keçiriləcək referendumla bağlı təbliğat kampaniyasına gedirmiş. Əvvəl də iki türk nazirinə ölkəyə daxil olmağa izn verilməyib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hollandiyanın buna görə cavab verməli olacağını deyib, hər iki ölkədə etiraz aksiyaları keçirilir.
ƏCİNNƏ
«The Washington Post» qəzeti baş verənlərin böhranlı seçki kampaniyalarının sonucu olduğunu, siyasətçilərin bu etirazlardan yararlanmağa çalışdığını yazır. Çünki cəmi 1 aydan sonra Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum olacaq, seçicilər dəyişikliklərə «hə» desələr, prezident R.T.Ərdoğanın səlahiyyətləri və fəaliyyət müddəti artacaq.
Niderlandda isə seçkilər birisi gündür, martın 15-də ölkə parlamentinin üzvləri seçiləcəklər və bütün gözlər, müəllifin diliylə desək, sağçı, müsəlmanların əleyhinə çıxışlarıyla tanınan ultramillətçi siyasətçi Gert Vildersə zillənib. Qəzet Ərdoğanla Vildersin bir-birini millətinin gözündə onlara sərf edən əcinnəyə çevirdiyini yazır.
«Hollandiyayla Türkiyənin «böhranının» çox sadə izahı var», – deyə hollandiyalı siyasətçi, siyasət elmləri üzrə mütəxəssis Cas Mudde bildirib: «Hər iki ölkə millətçilik hissinin dominantlıq etdiyi seçki kampaniyasının təsiri altındadır.»
UÇURUM DƏRİNLƏŞİR
Böhranın sonucları qəzetin haqlı olduğunu göstərir. G.Vildersin ölkəsindəki türkləri nəzərdə tutaraq dedikləri onları, yəqin ki, bir az da qızışdıracaq.
Tvitter səhifəsində G.Vilders etiraz aksiyasına çıxanların Hollandiya pasportu daşısa da, Hollandiyaya aid olmadıqlarını, türk olduqlarını göstərdiyini deyib.
Türkiyənin ailə işləri naziri Betül Sayan Kaya haqqında isə G.Vilders bunları yazıb: «Rədd olun, bir də geri dönməyin və bir də, zəhmət olmasa, öz türk fanatlarınızı da özünüzlə aparın».
«The Washington Post» münasibətləri son illər onsuz da pisləşən Qərblə Türkiyənin arasındakı uçurumun bir az dərinləşdiyini yazır. R.T.Ərdoğan bazar günü İstanbulda kütlə qarşısında çıxışında Qərbin maskasını atdığını deyib. R.T.Ərdoğan, eləcə də Türkiyənin digər rəsmilərinin çıxışları durumun bundan sonra bir az da gərginləşəcəyindən xəbər verir.
Qəzetin yazdığına görə, Türkiyənin öz ölkəsində səfərdə olan Hollandiya səfirini ölkəyə buraxmayacağı gözlənir.
İSLAMOFOBİYA GÜCLƏNİR
Türklərə və müsəlmanlara qarşı çıxışlar edən tək G.Vilders deyil. Hollandiyanın indiki baş naziri Mark Rutte də seçkidən əvvəlki yazılarında türklərin və digər müsəlman miqrantların cəmiyyətə inteqrasiya etməkdən ötrü daha çox işləməli olduğunu demiş, hətta bir məqaləsində miqrantları «ya düzəlin, ya da çıxın, gedin» kimi xəbərdarlıq etmişdi. Bu çıxışlarından sonra sorğular onun G.Vildersdən irəli keçdiyini göstərdi.
«The Washington Post» R.T.Ərdoğanı öncə də «diktator» adlandıran G.Vildersin indi durumdan yararlanmağa, üstünlüyü yenidən ələ almağa çalışdığını ehtimal edir.
Onun, eləcə də rəqibi M.Ruttenin müsəlmanlara və türklərə qarşı çıxışları isə islamofobiyanı gücləndirir, beləliklə, avtoritarizmə can atmaqda günahlandırılan R.T.Ərdoğan-ın tərəfdarlarını artırır, onun mövqeyini bərkidir. Məqalənin müəllifi İşaan Tharur bu fikirdədir. (Azadlıq radiosu)
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - Vida mərasimi başlayıb (Yenilənib)
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama