Türklər Avropadan köçürülə bilərmi? - 1963-ci ildə "Ankara Anlaşması"nı kimlər və niyə imzalayıb?

img

12-03-2017 [19:08]


Hollandiyada yaşayan türklərin bu ölkədən çıxrılması mümkündürmü?

Mia.az xəbər verir ki, bununla bağlı Hollandıyada yaşayan Azərbaycanlı jurnalist Fikrət Hüseynli sosial şəbəkədə maraqlı izahat paylaşıb.

Onun sözlərinə görə, "Türkiyəyə köçün" deyə, çağırış edənlər bilmirlər ki, türkiyəlilər 12 sentyabr 1963-ci il Ankara Anlaşmasına görə Avropaya köçürülüblər. 

"Anlaşmanı imzalayanlar:

1. Türkiyə Cümhurbaşkanlığı

2. Belçika Kralı

3. Federal Almaniya prezidenti

4. Fransa prezidenti

5. İtaliya prezidenti

6. Lüksemburg hersoqu

7. Nederland kraliçası

8. Avropa İqtisadi Birliyi İttifaqı rəhbərliyi

Anlaşmaya görə, Türkiyə ekonomiyasının gəlişdirilməsi, Türkiyə-Avropa İqtisadi Birliyi ölkələrinin yaxınlaşması üçün bir sıra addımlar atılıb. 33 maddəlik anlaşma bir çox məsələləri əhatə edir. Bu anlaşma pozularsa, hər iki tərəf ziyan çəkər. Həmçinin Türkiyə Cümhuriyyəti vətəndaşlarının Avropadakı oturumunu ləğv etmək də bu anlaşmaya ziddir. O üzdən də kimsə türkiyəlilərə "Avropadan get" deyib yola sala bilməz".

Jurnalist bildirib ki, Türkiyə hökuməti öz partiya maraqları naminə Avropada yaşayan türkləri oyunlara qurban etməməlidir: "Aksiyaçıların qarşısı it və atla kəsməyə gəldikdə isə hollandların icazəsiz aksiyasına da bunu tətbiq edirlər. Hollandiya azad ölkədir, amma qanunlar çərçivəsində".

Dünən Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb. 

Bu isə iki ölkə arasında diplomatik savaşı şiddətləndirib. Türkiyə Hollandiyanın Ankaradakı səfirinə "Bura dönmə" mesajı verib. Ərdoğan səviyyəsində isə bildirilib ki, Hollandiyanın bu addımlarının əvəzi artıqlaması ilə ödətdiriləcək... 

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA