Hollandiyada etiraz: Türklərin nümayişi güc yolu ilə dağıdıldı - VİDEO

img

12-03-2017 [09:27]


Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın avtomobilinin saxlanıldığı yerdə toplaşan türk nümayişçiləri güc istifadə edərək dağıdıb.

Mia.az "Anadolu”ya istinadən xəbər verir ki, polis Türkiyənin Rottterdam Baş konsulluğu yaxınlığında keçirilən nümayişə dəyənəklə müdaxilə edib.

Atlı polislərin də istifadə edildiyi müdaxilə zamanı bəzi nümayişçilərin yerə yıxıldığı görülüb.

Nazir Qayanın nəqliyyat vasitəsinin yaxınlığından uzaqlaşdırılan nümayişçilər, küçələrdə şüarlar səsləndirərək etirazlarını davam etdirir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA