11-03-2017 [16:08]
Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə üzvlüyündən çıxarılması ciddi müzakirələrə səbəb olub.
Vətəndaş cəmiyyətinin üzvləri MHŞT-dəki üzvlükdən çıxmaqla Azərbaycanda bu sahəyə ciddi zərbə vurulacağını düşünür.
Azərbaycan sözügedən təşkilatdan çıxması ilə nələr itirəcək?
İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyasının Şura üzvü Əliməmməd Nuriyev hesab edir ki, bu qərar Azərbaycan vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi ziyan vuracaq:
"Azərbaycan ilk üzvlərdən olub. Azərbaycanın bu istiqamətdə 20 hesabatı olub, hətta BMT-nin mükafatını alıb.
Amma 2012-ci ildən başlayaraq Azərbaycana olan münasibət dəyişməyə başladı. Çünki Azərbaycandan bir sıra qeyri-hökumət təşkilat nümayəndələrinin bəziləri öz şəxsi maraqlarını təmin etmək üçün yanlış məlumatlar göndərməyə başladılar. Elə buna görə də, Azərbaycan 2015-2016-ci illərdə həmin irəli sürülən bütün tövsiyələrin hamısını yerinə yetirməsinə baxmayaraq, martın 9-idarə heyəti Azərbaycanın fəaliyyətini dayandırması ilə bağlı qərar qəbul etdi.
Əlbəttə ki, idarə heyətinin qərarı yanlışdır. Çünki bu qərar heç bir ciddi arqumentlərə söykənmir. Bu daha çox siyasi təsirlər altında, həmçinin anti-Azərbaycan qüvvələrinin göndərdiyi məktubların və müraciətlərin əsasında verilən qərardır.
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) QHT koalisiyanın 140 üzvündən 94-ü onlara müraciət etmişdi ki, Azərbaycanın fəaliyyətini dayandırmaq olmaz. Azərbaycanda islahatlar davam edir. Bu yöndə hökumət tərəfindən bir çox addımlar atılıb. Hələ də bu proses davam edir. Bununla bağlı çağırış etmişdik.
Amma bunlara baxmayaraq, idarə heyəti bir neçə şəxsin və bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının təsiri nəticəsində siyasi qərar qəbul etdi. Bu praktik olaraq MHŞT-nin standartlarına uyğun olmayan qərardır. Onun tələbələri baxımından qərar doğru deyil.
Bu adamlar özlərini daima qurban göstərmək naminə Azərbaycanda hər zaman vəziyyətin pis olduğunu göstərməklə bağlı mütəmadi olaraq beynəlxalq təşkilatlara xəbərçilik edirdilər. Onların sayəsində Azərbaycana yönəldilən çoxsaylı qrantları ələ keçirmək üçün hesabatlar göndərirdilər. Nəticədə belə bir qərar qəbul edildi. Son illər idarə heyətinin qəbul etdiyi qərarların mahiyyətinə baxsaq görərik ki, MHŞT-nin mandatından kənara çıxmalar var. Bunlar uyğun olmayan qərarlardır. Belə ki, 94 üzvün rəyini almaq əvəzinə yanlış qərar qəbul etdi.
Hesab edirəm ki, bununla beynəlxalq idarə heyəti Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi ziyan vurdu. Onların fəaliyyətinə ciddi xələl gətirdi, fəaliyyətini zərbə altına qoydu. Həmçinin bu qərar Azərbaycanda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün irəliləməsinə zərbədir”.
Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycan hökuməti artıq bu gün həmin qərarın qeyri-obyektivliyinə, ciddi siyasi qərarlara söykəndiyinə görə, həmçinin bunu təzyiq vasitəsi hesab etdiyi üçün təşkilatdan çıxması ilə bağlı qərar qəbul edib:
"Əlbəttə burada uduzan vətəndaş cəmiyyəti oldu. Bu, vətəndaş cəmiyyətinin daxilində olan, amma onlara heç bir aidiyyəti olmayan siyasi fəaliyyətlərlə çıxış edən şəxslərin nəticəsində oldu.
Belə ki, Azərbaycanın torpaqlarını işğal edən işğalçı Ermənistanı bu quruma üzv edirlər. Amma bu istiqamətdə tövsiyə vermiş ölkənin fəaliyyətinin dayandırılması ilə bağlı qərar verirlər. Çox maraqlı və ziddiyyətli bir yanaşmadır.
Bu yanlış qərar vətəndaş cəmiyyətinin fəaliyyətində özünü göstərəcək. Artıq vətəndaş cəmiyyəti bir daha gördü ki, onların daxilində Azərbaycanı satmağa hazır olan bir qrup satqın var. Onların təmizlənməsinə ehtiyac var.
Vətəndaş cəmiyyəti bilməlidir ki, hansı beynəlxalq təşkilatlarla işləmək lazımdır. Çünki onların bir çoxunun fəaliyyətinin arxasında erməni lobbisi durur. Ona görə də çox diqqətli olmaq lazım idi. Çünki erməni lobbisi həmin təşkilatları maliyyələşdirir. Çox təəssüf ki, Azərbaycandan onlarla əməkdaşlıq edən qurumlar var. Buna görə də bundan sonra daha diqqətli olmaq lazımdır”.
Əliməmməd Nuriyev vurğulayıb ki, bu qərara baxmayaraq, Azərbaycan şəffaflıq və hesabatlılıqla bağlı məsələləri davam etdirəcək:
"Bizim Dövlət Neft Fondu fəaliyyətində tam şəffafdır. Həmişə gördüyü işlərlə bağlı Azərbaycan cəmiyyətinə məlumatlar verir. Həmçinin hökumət qarşısında hesabatlıdır. Bu baxımdan itiriləcək xüsusi bir şey yoxdur. Amma Azərbaycan vətəndaş cəmiyyəti çox şey itirəcək”.
Şura üzvü hesab edir ki, Azərbaycan hökuməti bu təşəbbüs çərçivəsində yox, bütövlükdə özünün elan etdiyi prioritetlər, islahatların ruhuna uyğun olaraq bu ölkənin milli maraqlarına xidmət edən vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlığı davam etdirəcək(Bakıpost.az).
MSŞA Koalisiya Şurasının koordinatoru Qubad İbadoğlu isə verilən qərarın yalnız Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirməməsi, tövsiyələrə məhəl qoymamasına görə verildiyini bildirib:
"Əslində indiyə qədər baş verənlər Azərbaycanla bağlı belə bir qərarın qəbulu üçün ciddi əsaslar yaratmışdı. Hələ Astana toplantısında qəbul edilmiş sadə və ölçüləbilən 3 tələbi yerinə yetirməyən Azərbaycan hakimiyyəti bu qərardan qaça bilməzdi. Çünki MSŞT standartları və tələbləri bundan başqa alternativ göstərmirdi. Beynəlxalq Katibliyinin qiymətləndirmə hesabatında, kənar hüquqi təhlillərdə və fevralın 15-16-da Ottavada keçirilən qiymətləndirmə komitəsinin toplantısında İdarə Həyətinə ünvanlanan tövsiyə yalnız 1 variantdan ibarət idi: - Azərbaycanın fəaliyyəti dayandırılsın.
Bunu başa düşən hökumətin vətəndaş cəmiyyəti üzvlərini səfərbər etməklə təşkil etdiyi imzalanma kampaniyası da əbəs idi. Çünki, ortalıqda ölçüləbilən və icra olunmayan 3 tələb var idi. Müzakirələrdə də QHT Koalisiyasından gələn məktublar deyil, islahedici tədbirlər planının icrasına dair beynəlxalq katibliyin qiymətləndirmə hesabatı və bu sənədin hüquqi təhlilinə dair müstəqil ekspertlərin icmalları əsas götürüldü və MSŞT standatlarına uyğun qərar qəbul edildi. Hətta bu qərarla Azərbaycana yeni tələblər belə qoyulmadı, çünki Astana toplantısında qəbul edilən islahedici tədbirlər planı hələ də icra olunmayıb. Bundan sonra Azərbaycan hökumətinin reaksiyası maraqlı olacaq.
Hesab edirəm ki, MSŞT kimi nüfuzlu təşkilatdan çıxma daha böyük fəsadlar verə bilər. Odur ki, Azərbaycan hökuməti MSŞT-də qalmalı və islahatları davam etdirməlidir. Əks təqdirdə bu təşəbbüsü tərk etmək ölkədə onsuz da pis olan investisiya mühitini daha da pisləşdirə, ölkənin və mədən sənayesində fəaliyyət göstərən əsasən də milli şirkətlərin kredit reytinqi aşağı sala, beynəlxalq maliyyə kredit təşkilatlarından borc almaq işini çətinləşdirə və borca xidmət xərclərini artıra bilər. Bunlar birbaşa təsirlərdir.
Çox şübhəsiz ki, şəffaflıq təşəbbüsündən kənarda qalmaq həm digər vacib göstəricilərə korrupsiya qavrama indeksinə, açıq büdcə indeksinə, yaxşı idarəetmə göstəricilərinə və eyni zamanda da Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə neqativ təsir göstərə bilər.
Unutmayaq ki, mayın 4-də Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsündə Azərbaycanın qeyri-fəal üzvlüyə salınmasının 1 ili başa çatır. Odur ki, bu təşkilat iyun ayında rəhbər komitənin toplantısında Azərbaycanla bağlı müzakirələr aparacaq. Belə bir vəziyyətdə Azərbaycan hakimiyyəti emosional qərarlar verməli deyil, islahatlara başlamalıdır. Hesab edirəm ki, ən düzgün yol budur”.
Mia.az
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün yardım istədim"
YPG 4 günlük atəşkəs anlaşmasını pozdu - Suriya əsgəri həlak olublar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslərin dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz