"Münaqişənin hərbi yolla həlli..." - Zaxarovadan Qarabağ açıqlaması

img

10-03-2017 [15:18]


Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərini davam etdirmək niyyətindədir.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə edilən bütün razılaşmalara əməl edilməsi münaqişənin dayanıqlı həllinə nail olunması baxımından vacibdir: 

"Münaqişə ilə bağlı Rusiya, Fransa və ABŞ prezidentlərinin indiyə kimi verdikləri birgə bəyanatlarında göstərilir ki, münaqişənin hərbi yolla həlli yoxdur və həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentlərini münaqişəni güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ vermək yolu ilə həll etməyə çağırırlar. Üçtərəfli formatda davam etdirilən səylərlə yanaşı, Azərbaycan və Ermənistanla sıx münasibətlərini nəzərə alaraq Rusiya müstəqil səylərini də davam etdirəcək.

1994-cü ildə atəşkəsin elan olunması barədə sənəd məhz Rusiyanın təşəbbüsü ilə imzalanıb. 2016-cı ilin aprelində təmas xəttində atəşkəsin bərpası da məhz Rusiya tərəfinin səyi nəticəsində mümkün olub”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA