Prezidentin köməkçisi Əli Həsənov üçün özəl gün...

img

10-03-2017 [15:15]


Bu gün Əli Həsənovun 57 yaşı tamam olur.

Mia.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ad günüdür.

Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olub.

Tarix elmləri doktoru, professor Əli Həsənov ali təhsilini Moskva Dövlət Universitetində alıb.
1992-ci ilin mayından 1993-cü ilin dekabrınadək Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-cü ilin fevralından 1995-ci ilin sentyabrınadək Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-ci ilin sentyabrından 1996-cı ilin iyul ayınadək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini, 1996-cı ilin iyulundan 2005-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

1-ci dərəcə dövlət müşaviri olan Əli Həsənov 19 iyul 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiridir. Prezident İlham Əliyevin sərəncamı ilə 23 fevral 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA