Milli Məclisin iclası yarımçıq qaldı - Səbəb bəlli deyil

img

07-03-2017 [15:15]


Milli Məclis plenar iclası yarımçıq saxlayıb.

İclasın ikinci hissəsində müzakirə ediləcək məsələlər martın 10-da iclasa çıxarılacaq.

İclasın hansı səbəbdən təxirə düşməsi barədə isə jurnalistlərə məlumat verilməyib.

Qeyd edək ki, bugünkü iclasın gündəliyinə daxil olan 13 məsələdən 8-i - "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi (ikinci oxunuşun davamı), "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Sərhəd qoşunları haqqında" qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Telekommunikasiya haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Reklam haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsi və "Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA