Mərkəzi Bankın İdarə Heyətinin üç üzvü seçiləcək - Milli Məclis sabah qərar verir

img

06-03-2017 [13:01]


"Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 7-də keçiriləcək”.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, parlamentin yaz sessiyasının növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında, A.S.Quliyevin, V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında məsələlərə baxılacaq, həmçinin insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinləniləcək.

Həmçinin "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Sərhəd qoşunları haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Telekommunikasiya haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Reklam haqqında” və "Əmək pensiyaları haqqında”, "Məktəbəqədər təhsil haqqında” qanunlara əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA