Mehman Hüseynovdan xəbər var

img

06-03-2017 [11:59]


Şüvəlan Təcridxanasında saxlanılan bloqqer Mehman Hüseynovun saxlanma şəraiti ilə bağlı hər hansı narazılığı yoxdur.

Mia.az xəbər verir ki, bu barədə onunla bu gün görüşən vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, Mehmanın əhvalı yüksəkdir: "Hətta zarafat-"prikollarından" qalmır. Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri də darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir”.

Elçin Sadıqov qeyd edib ki, Mehman təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirməyib: "Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır”.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.

Məsələ burasındadır ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu polisə böhtan atmada təqsirləndirərək, məhkəməyə vermişdi.
Məhkəmənin hökmü ilə Mehman Hüeynov 2 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA