06-03-2017 [10:30]
Mia.az MTN çetesinin iş adamlarına divan tutmasının yeni detallarını musavat.com-a istinadən təqdim edir:
Eldar Mahmudovun çetesi ifşa ediləndən sonra bir çox iş adamlarının adları ittiham aktlarına zərərçəkən qismində yazıldı. Bu şəxslərin əksəriyyəti vaxtilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yarıqaranlıq dəhlizlərindən keçmiş, var-yoxları əllərindən alınmışdı, özlərinin adı ən müxtəlif qondarma işlərə təqsirləndirilən şəxs kimi yazılmışdı. Eldar Mahmudovun özü və ətrafı varlandıqca, iş adamları sıradan çıxır, ölkədə biznes mühiti də xoş olmayan məcraya yönəlmişdi. Böyük xərcə salınan iş adamları ən müxtəlif yollara əl atmaqla vəziyyətdən çıxmağa çalışıblar. Belə şəxslərdən biri də "Qozbel İman” ləqəbli İman Quliyev olub.
Onun barəsində əvvəllər yazmışdıq. "Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, tikinti maqnatı İman Quliyev vaxtilə "MTN çetesi”nin qarmağına düşüb. Onu MTN-ə aparıb qorxudub, şantaj edib pulunu alıblar, özünü isə sərbəst buraxıblar. Bu hal bir neçə dəfə təkrarlansa da, onun adı "MTN işi” üzrə aparılan araşdırmalar çərçivəsində zərərçəkən kimi keçmir.

İman Quliyev
Redaksiyaya daxil olan məlumata görə, İ.Quliyev "MTN çetesi”nin həbs edilməyən, sərbəst hərəkət imkanları olan üzvlərinin ona qarşı qanunsuz addımlar atmasından çəkinir. Gələn məlumatlara görə, İman Quliyev rəsmən müflisləşib. İş adamı obyektlərini satışa çıxarıb. Söhbət Yasamal rayonunda yerləşən "Filiz” şadlıq sarayı və 8-ci kilometrdəki "Şərq Saray”dan gedir. Məlumata əsasən, ümumi sahəsi 18 sot olan "Filiz” şadlıq sarayı "Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan "Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir. "Şərq Saray”ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə bahadır - 12 milyon manat.
İ.Quliyev çoxsaylı obyektlərin - "Romans” şadlıq evi, "Şərq Saray” şadlıq evi, "Xalqlar Dostluğu” ticarət mərkəzinin, "Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı olub. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Ölkədə Mahmudov çetesinin quldurluğu ilə üzləşən bir çox sahibkarlar bizneslərini daha təhlükəsiz dövlətlərə ərazi köçürüblər. Bundan ziyan çəkən Azərbaycan dövlətnin büdcəsi, iş yerlərini itirən sadə vətəndaşlar olub. Varlanan, harınlaşanlar isə Eldar Mahmudov və ətrafında qərarlaşıblar.
Maraqlıdır ki, MTN generallarına çəpik çalan, onların qanunsuz əməllərini mədh edən, can-başla yerinə yetirən vəzifə sahibləri də çox olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun Eldar Mahmudova mədhnamə yazması, onun qanunsuz əməllərini təqdirəlayiq hərəkətlər kimi təqdim etməsi yaddaşlardan silinməyib. Ə.Seyidovun məktubu üzə çıxmasaydı, bu gün onun MTN çetesi ilə əlaqələri bilinməyəcəkdi. Onun özü də kölgədə qalacaqdı. Bu gün "mahmudovçu”larla əlaqələri bilinən vəzifə sahiblərindəndir. Amma bilinməyənləri də az deyil.

Uzun illər boyunca qarşılıqlı mənfəətə əsaslanan münasibətlər sistemi də formalaşıb. İcra hakimiyyəti başçılarının bəziləri də "mahmudovçu”ların maraqlarını təmin edənlər sırasında olub. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun adı da bu sırada ilk yerlərdən birində gəlir. Bu haqda bir müddət əvvəl vəkil Ramiz Zeynalov yazmışdı. Bildirmişdi ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsini Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınıb. Sonradan isə həmin torpaq sahəsi Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib.
2013-cü ildə də sabiq nazirə belə bir hədiyyə verilib. Bu dəfə aeroport şossesində yerləşən "Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasındakı 10 hektar torpaq sahəsi G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova peşkəş edilib. Ərazi hasarlanıb və restoran kompleksi inşa olunub.
Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan 5 hektar sahəni qanunazidd olaraq 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.

Gülağa İslamov
2014-cü ilin yanvar ayında isə G.İslamov Eldar Mahmudovun ən yaxın adamı Lalə Əhmədovanı özünə müavin təyin edib. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılıb. Lakin Eldar Mahmudov 17 oktyabrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər vardı. Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənovun MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlaması haqda məlumat da var. Həmin mağaza Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda "Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli binadır. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb.
Redaksiyaya daxil olan məlumata görə, hazırda Mahmudovun çetesinə tabe olmuş və icra hakimiyyəti strukturlarında post tutan məmurlarla bağlı müvafiq araşdırmalar aparılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Paralel olaraq hazırda vəzifədə olmayan, keçmiş icra başçıları ilə bağlı araşdırmalar aparılır. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir.
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR