05-03-2017 [15:59]
"Qafqaz regionunda hər hansı dəyişiklik münaqişədə xarici oyunçudan – özünün uzunmuddətli maraqlarından çıxış edən Rusiyadan asılı olacaq. Üstün regional statusuna baxmayaraq, ötən il Rusiyanın vasitəçiliyi ilə heç bir irəliləyiş əldə edilməyib. 2016-cı ilin aprelində və bu il döyüşlərin qızışması Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası imkanlarını artırır”.
Amerikanın dünya siyasətini araşdırma və təhlil mərkəzi STRATFOR-un Qarabağ ərtafında vəziyyət və onun perspektivləri ilə bağlı yeni açıqlanmış təhlilində belə deyilir.
Təhlildə qeyd edilir ki, münaqişədə Rusiyanın motivasiyası çox mürəkkəbdir. Rusiyanın Ermənistan və Azərbaycanda – bütün keçmiş sovet periferiyasında – başlıca marağı xarici təsirə yol verməmək və özünü möhkəmlətməkdir:
"O, buna ən çox Ermənistanda nail olub. Bundan əlavə, Rusiya Ermənistanın iqtisadi və strateji aktivlərinin böyük hissəsinə nəzarət edir. Azərbaycan daha müstəqil və şaxələndirilmiş xarici siyasət yürüdür. Nəzərə alsaq ki, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri var və iri enerji istehsalçısı və ixracatçısıdır, Moskva Bakını öz təsir dairəsinə salmaq istərdi, xüsusilə Türkiyənin Yaxın Şərqə öz iddialarını irəli sürdüyü bir vaxtda”.
Sənəddə deyilir ki, 2016-cı ildə Rusiya neytral mövqe tutaraq erməni müttəfiqini dəstəkləməyib:
"Azərbaycanın hərəkətləri Rusiya ilə razılaşdırılmadan mümkün deyildi. Mesaj göndərilmişdi ki, Bakı sərbəst hərəkət etmək imkanlarına malikdir, Yerevan isə bütünlüklə Moskvaya güvənə bilməz. Münaqişənin gələcəyinə gəlincə, Rusiya Lavrovun planı üzrə nizamlanmaya nail olmaq istərdi. Belə ki, Ermənistan Rusiyanın rəhbərliyilə sülhməramlı qüvvələrin (KTMT ölkələrinin iştirakı ola bilər) əvəzində Dağlıq Qarabağ ətrafında yeddi rayondan beşini güzəştə gedir”.
Şübhəsiz ki, Azərbaycan bu qərarı alqışlayar və bu, Bakı ilə Moskvanı yaxınlaşdırmalıdır. Ancaq Ermənistan hökuməti bunun əleyhinə olacaq:
"Əgər Rusiya həqiqətən bu planı irəli sürərsə, o zaman Yerevanın müqaviməti aradan qaldırılmalıdır. Bu isə Ermənistanın güzəştə getməsi üçün Azərbaycanın daha bir hərbi hücumu deməkdir. Baxmayaraq ki, Sarkisyan Dağlıq Qarabağ danışıqlarında kompromisə qarşı çıxır, Ermənistan prezident respublikasından parlament respublikasına keçid vəziyyətindədir və parlament seçkiləri aprelin əvvəlinə təyin edilib. Rusiya hökumətdəki bəzi fiqurlarla və müxalifət liderləri ilə sıx əməkdaşlıq edir ki, bunlar da Rusiyanın nizamlanma variantını qəbul etməyə daha meyllidir”.
Bununla belə təhlildə xatırlanır ki, ötən il Ermənistanda ciddi etirazlar baş qaldırıb. Yəni istənilən iri güzəştlər Ermənistan hökumətini iflasa uğramaq təhlükəsi altına qoyur, odur ki, Moskvanın Yerevana təsiri sual altındadır.
Ona görə Bakını yeni hərbi hücuma təhrik etmək Rusiya üçün Yerevana təsir göstərməkdən ötrü daha əməli vasitə olacaq, baxmayaraq ki, vəziyyətin nəzarətdən çıxma riski qalır:
"Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi tərəddüdlüdür. Moskvanın son məqsədi həm Azərbaycanda, həm də Ermənistanda üstün mövqeyə malik olmaq və hər iki ölkədə öz maraqlarını formalaşdırmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə etməkdir”. (Azadliq.org)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR