XİN-dən Elmar Məmmədyarovun Rusiya səfəri haqda – Açıqlama

img

03-03-2017 [19:39]


Xarici işlər naziri Elmar Məmmədyarov 5-7 mart 2017-ci il tarixində Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

Mia.az XİN-ə istinadən bildirir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin nazir Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-nin Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA