"Bu, Qarabağın statusuna və danışıqlar prosesinə heç bir halda təsir edə bilməz" - Aİ-dən ermənilərə etiraz

img

03-03-2017 [19:04]


ATƏT-in Daimi Şurasının 2 mart 2017-ci ildə keçirilmiş iclasında Avropa İttifaqı (Aİ) Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz referendumla əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Avropa İttifaqı 20 fevral tarixində Dağlıq Qarabağda keçirilmiş "konstitusiya referendumu”nu tanımır.

"Avropa İttifaqı həmçinin bu "referendum”un keçirildiyi hüquqi və konstitusion çərçivələri tanımır. "Referendum”un nəticələri Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə heç bir halda təsir edə bilməz. Aİ münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə dəstəyini bir daha ifadə edir", - deyə bəyanatda vurğulanır.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA