Parlamentə növbədənkənar seçkilər keçiriləcək - Rəsmi

img

02-03-2017 [12:06]


"Boş qalan yer yeni deputatla təmin olunmalıdır”. 

Mia.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədli bəyan edib.

Natiq Məmmədli qeyd edib ki, qanunvericiliyə görə, seçkinin keçirilməsi üçün müəyyən prosedur qaydaları var: "Həmin prosedur qaydalar başa çatandan sonra bəlli bir müddətdə araşdırmalar aparılır. Ondan sonra isə seçkinin keçirilib-keçirilməməsinin mümkünlüyü müəyyən edilir. Əgər mümkün sayılırsa, əlbəttə ki, seçki keçirilir və boş qalan yer yeni deputatla təmin olunmalıdır.”

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində qəsəbə sakinləri ilə görüş keçirib. Mehriban Əliyeva həmin görüşdə seçicilərinə Milli Məclisdə öz fəaliyyətini dayandıracağını bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA