Sabiq baş prokurorun oğluna vəzifə veriləcək - Partiyaya üzv oldu

img

01-03-2017 [15:39]


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin ölkədəki problemlərlə bağlı ünvanlı tənqidləri partiyaya marağı artırıb.

Bu səbəbdən də son günlər MMP-yə üzv olmaq istəyənlərin sayı artıb. 

Partiyanın mətbuat xidmətindən mia.az-a daxil olan məlumata görə, Ömərov Zaur Əli oğlu MMP-yə üzv olmaq üçün ərizə ilə müraciət edib. 

Onun sənədlərinə baxış keçirildikdən sonra partiyaya üzv kimi qəbul olunub. Z.Ömərov ali təhsilli hüquqşünasdır. 

Məlumat üçün bildirək ki, Z.Ömərov sabiq baş prokuror Əli Ömərovun oğludur. Onun yaxın günlərdə partiyada önəmli posta gətiriləcəyi planlaşdırılır. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA