"İrəvanla Tiflis arasındakı təmasları diqqətlə izləməliyik..." - Politolqdan xəbərdarlıq

img

01-03-2017 [14:54]


"İrəvanla Tiflis arasındakı təmasları diqqətlə izləməliyik. Rəsmi İrəvan şimal istiqamətində blokadanı yarmaq üçün Tiflisə minnətçi düşüb. Ermənistanın baş naziri Karen Karapetyan 23-24 fevral tarixlərində Tiflisdə səfərdə olarkən belə bir ifadə işlədib: "Gürcü həmkarımla Rusiya ilə Ermənistanı birləşdirən dəmir yol xəttinin bərpası məsələsini müzakirə etdik”".

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
Onun sözlərinə görə, Karen Karapetyanın bu açıqlaması Gürcüstanda siyasi qalmaqal yaradıb:

"Çünki dəmiryolu Abxaziyadan keçir, Gürcüstanın bu bölgəsi isə Rusiyanın işğalı altındadır. Belə çıxır ki, işğala baxmayaraq, Tiflis Abxaziya üzərindən dəmir yolunun fəaliyyətə başlamasına yaşıl işıq yandırmağa hazırdır. Bu da öz növbəsində dolayısı ilə Tiflisin Abxaziyanı müstəqil subyekt olaraq tanıması anlamına gəlir. 

Rəsmi Tiflis belə bir anlaşmanın olduğunu inkar etsə də, gürcü rəsmiləri qətiyyətlə "Karen Karapetyanla bu mövzu müzakirə edilməyib” ifadəsini işlətmirlər. 

Əlbəttə, Gürcüstan müstəqil dövlətdir və müstəqil qərarlar vermək hüququna malikdir. Ancaq Rusiya ilə Ermənistan arasında Gürcüstan üzərindən dəmiryolu xətti işləməyə başlayarsa, bu, Azərbaycanda birmənalı mənfi qarşılanacaq. Çünki bu dəmiryolu Ermənistanı ayaqda tutmağa imkan verəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA