Deputatın köməkçisi cavab verdi: "Sosial şəbəkədə ”qəhrəmanlıq” etməyin kəmfürsətlikdir"

img

01-03-2017 [14:22]


Millət vəkili Fərəc Quliyevin köməkçisi Həbib Ələkbərsoy sosial şəbəkədə və bir çox saytlarda yazı ilə çıxış edən Emin Tarverdiyevə cavab verib.

Həbib Ələkbərsoyun Mia.az-a verdiyi açıqlamanı olduğu kimi təqdim edirik:

"Hörmətli Emin Tarverdiyev, millət vəkili Fərəc Quliyevin 3 gün (24-28 fevral) Bakıda olmamağından istifadə edərək, sosial şəbəkədə ”qəhrəmanlıq” etməyin kəmfürsətlikdir. 

Fevralın 24-də siz öz səhifənizdə Samsunda, İstanbuldakı istirahət pozlarını paylaşanda, ciddi media və ciddi jurnalistlər cəbhə bölgələrində reportajlar hazırlayır, ordumuzun qəhrəmanlıqların işıqlandırır, paylaşırdılar. 

Burnuna barıt qoxusu dəyməyənlərdən biri kimi yuxuna 1-2 saat rahatsızlıq qatıb, aeroporta gəlib (bunu təqdir edirik) burada olmayanlara bilib-bilmədən irad tutmaqla baş verən faciədən sui istifadə etməzlər. Ayıbdır, sizin 5-6 yaşınız olanda Fərəc Quliyev Naxçıvanın müdafiəsi, Ordubadın, bütün Naxçıvanın müdafiəsi üçün müstəsna əhəmiyyəti olan "Soyuq” yüksəkliyini silahdaşları ilə erməni-rus birləşmələrindən almaqla məşğul idi (Belə adamlar canlı Şəhidlərdi - təsadüfən Şəhid olmayıblar, amma döyüş dostlarının yanlarındaca Şəhidliyinə şahidlərdi). Bu ”qanunsuz "silahlı dəstələri yaratdığına görə də, 8 il həbsxana həyatı yaşadı və heç kimdən nə "sağ ol" gözlədi, nə də "siz niyə mənimlə birgə həbsxanada deyilsiniz" demədi. 

Nə isə... Bilməyin lazımdır ki, nəinki Şəhid, adi soydaşımız da dünyasını dəyişəndə hər kəs tutduğu mövqedən asılı olmayaraq, son borcu olaraq mərasimlərə qatılır. Bu, el adətidir. İndən sonra gedərsən, görərsən. 

Hörmətli Emin bəy, inanırıq ki, bir daha belə məsələlərdən fərqli istifadə etməyəcəksiniz.

 P.S. Regiona görə bölgü aparmaqsa, qəbahətdir, xüsusilə Şəhidlərlə bağlı".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA