Sarkisyan Moskvaya ikigünlük səfər edəcək - Putinlə görüş və Qarabağ müzakirəsi

img

01-03-2017 [09:24]


Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya ikigünlük səfər edəcək. 

"İzvestiya”nın verdiyi xəbərə görə, səfər zamanı Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.
 
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.
 
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyət müzakirə olunacaq.  
 
Danışıqların yekunlarına dair bir neçə investisiya sazişlərinin imzalanması gözlənilir.
   
Sarkisyan-Putin görüşünün Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutacağı bildirilir.   

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA