İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldı

img

24-02-2017 [15:21]


Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Mia.az report--a istinadən xəbər verir ki, bu barədə partiya başqanı Arif Hacılı məlumat verib. A.Hacılı bildirib ki, onlar Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə şahid qismində dindirilmək üçün çağırılıblar: 

"Mühacirətdə olan azərbaycanlılarla bağlı məsələdir. Rəsmi dəvət gəldiyinə görə fevralın 27-də Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olacağıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA