Azərbaycanın xarici işlər naziri Moskvaya səfər edəcək

img

24-02-2017 [14:12]


"Mart ayında Moskvaya rəsmi səfər edəcək, Lavrovla görüşəcəm".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, səfər zamanı ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib.

"Nazirlər Kabinetində və Dövlət Dumasında da görüşlərim olacaq. Diplomatik Akademiyada çıxışım nəzərdə tutulub. Lavrovla iki ölkə arasında münasibətlərin 25 illiyinə həsr olunmuş sərginin açılışını edəcəyik", - deyə E. Məmmədyarov qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA