“Həyatımı bütöv edən kişi...” - Həyat yoldaşından İsa Qəmbərə təbrik

img

24-02-2017 [10:04]


Bu gün eks Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin 60 yaşı tamam olur.

Xanımı Aida Qəmbər yubiley münasibətilə həyat yoldaşını sosial şəbəkədə təbrik edib: "Həyatımın ən önəmli, ən istəkli adamı - İsa Qəmbərin bu gün yubileyidir. 60 yaşı tamam olur. Bu tarixin yarısından bir az çoxunu bir yerdəyik. Ömür vəfa etsə hələ çox illər birgə addımlamaq istərdim, çünki onunla olmaqdan zövq alıram, hələ doymamışam. İsa mənim dostum, həmsöhbətim, dayağım, arxamdır, mənə ruh verən, bəzən yol göstərən, məsləhətlərini əsirgəməyən- bir sözlə həyatımı bütöv edən kişidir. Sağ ol, var ol, əzizim”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA