"Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək" - Mövlud Çavuşoğlu

img

22-02-2017 [15:14]


Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək.

Bunu Türkiyənun xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı deyib.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək.

M.Çavuşoğlu Türkiyənin Xocalı hadisələrini heç vaxt unutmayacağını deyib:

"Xocalı reallıqdır. Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Ermənistan isə həqiqəti qəbul etmək istəmir”.

Nazir həmçinin qeyd edib ki, uzun illərdir Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı böhtanları ilə mübarizə aparır.

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA