19-02-2017 [10:27]
Artıq üçüncü il idi ki, hökumətin ən ağır fiqurlarından birinin, keçmiş nəqliyyat nazirinin səlahiyyətləri azaldılır və o, hətta prezidentin iştirakı ilə keçirilən hökumət iclaslarında belə çox seyrək şəkildə iştirak edirdi...
Belə bir hal daha çox prezidentlə nazirin - Z.Məmmədovun münasibətlərinin soyuqlaşması kimi izah edilirdi. Amma fevralın 13-də prezidentin iki nazirliyi birləşdirmək və birləşmiş nazirliyə Z.Məmmədovun deyil, tamam başqa bir şəxsin – Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsini icra edən R.Quluzadənin təyin edilməsi haqqındakı qərarını böyük əksəriyyət məhz üç illik soyuq münasibətlər düyününün,nəhayət ki, açılması kimi yozsa da, bunu böyük bir prosesin – total hökumət islahatlarının başlanğıcı tək yozanlar da tapıldı.
Məsələ bundadır ki, nazir Z.Məmmədovun öz postundan kənar edilməsi ilə bahəm 85 yaşına adlamış baş nazir A.Razi- Zadənin də vəzifəsindən gedəcəyi haqda xəbərlər yayıldı. Amma fərqli yozumların meydana çıxmasının yeganə səbəbi hətta bu da deyildi.
Doğrusu,böhran başlayandan indiyədək hamı ciddi struktur islahatlarının aparılacağını gözləyirdi. Elə hakimiyyətlərin də böhranlara ilk reaksiyası belə olur. Onlar da M.Bulqakovun ardınca "Bütün məsələləri kadrlar həll edir” deyərək işin ən asanından başlayır və elə ilk fürsətdəcə kadrları, hətta hökumət kabinetini yeniləyirlər.
Belə gözləntilər ötən il konstitusiyaya düzəlişlərdən və vitse-prezident institutu təsis ediləndən sonra bir az da güclənmişdi və təsadüfi deyil, referendumdan sonra demək olar ki, mütəxəssislər hər ay vitse-prezidentlərin təyin ediləcəyini "müjdələyirdilər”. Hakimiyyət də bundan xəbərsiz deyildi və məsələnin aprelə qədər tamam həll olunacağı vəd olunurdu. Fəqət, yenə də nəticələrlə hələ tələsmək istəmirik və prosesin inkişafını gözləməyi tövsiyə edirik. Üstəlik, burada bir başqa səpkili məqamlar da vardır ki, onların da nəzərdən keçirilməsi vacibdir...
GEDƏNLƏR BİR DAHA QAYITMIR...
Hökumət başçısı A.Rasi-Zadə elə bir fiqurdur ki, onu hər hansı bir hakimiyyətdaxili ziddiyyətlərlə bağlamaq mümkün deyil. Sadəcə, baş nazir çox qocalıbdır və hətta jurnalistlər arasında onun başçılıq etdiyi hökuməti zarafatla "qocalar klubu” adalandıranlar da vardı...
Ona görə də əslində heç kimə A.Rasi-Zadənin vəzifəsilə vidalaşması perspektivi təəccüblü görünmür və prosesin vitse-prezidentlər məsələsi ilə bir azacıq da sürətlənəcəyini zənn etmək o qədər də əsassız səslənmir. Amma keçmiş nazir Z.Məmmmədov bir az fərqli məsələdir.
Yazının əvvəlində dedik ki, onun vəzifədən getməsini prezidentlə münasibətlərinin soyuması kimi yozmaq daha ehtimallıdır. Amma keçmiş nazirə simpatiyası olanlar hələ də təslim olmaq istəmirlər. Belə fikirlər səslənir ki, prezident keçmiş nazirə yeni vəzifə verəcək, hətta ola bilsin, onu vitse-prezident təyin edəcək.
Təəssüf ki, bu ehtimallardan heç birinin üstündə dayana bilmirik. Hərçənd, təhlilçilər arasında Z.Məmmədovun siyasi karyerasına tamam son qoyulduğunu və onun da hakimiyətdaxili ziddiyyətlər müstəvisində, necə deyərlər, "yandığını” iddia edənlər də az deyil. Hətta onun ali hakimiyyətin maraqlarına zidd olan "ittifaq”larda bulunduğunu və buna görə də vəzifəsi ilə vidalaşdığını iddia edənlər də tapıldı.
Biz isə Z.Məmmədovun gələcək "perspektiv”lərilə bağlı ona görə müəyyən və qəti fikir deyə bilmirik ki, hakimiyyət öz qərarlarında çox sərbəstdir və prinsipcə, istədiyi variantı seçə bilər.
Amma Z.Məmmədov yeni ABŞ prezidenti D.Trampa çıxışı olan demək olar ki, yeganə hökumət üzvü idi.D.Tampın adı ABŞ-ın böyük siyasətində hallanmağa başlayandan media durmadan Məmmədovların Trampla isti münasibətlərindən yazırdı.
Hətta D.Trampın prezident olması dəqiqləşəndən sonra bir çoxu hökumətin tamam ögey üzvünə çevrilmiş Z.Məmmədovun mövqelərinin möhkəmlənməyə başlayacağından danışmağa başladılar.
Amma bu siyasət deyilən sahə olduqca qəliz bir məsələdir. Böyük əlaqələr yüksəlişə təkan verdiyi kimi bir çox hallarda enişə də səbəb ola bilir, çünki hakimiyyətin qısqanclığı və şübhələri üçün də əsas verir.
Ona görə də istisna deyildir ki, onun D.Trampla əlaqələrinin olması da Z.Məmmədovun vəzifədən gedişini bir az da sürətləndirdi. Amma nöqtə qoymaq hələ tezdir. Bir az əvvəldə dedik ki, keçmiş nazirə simpatiyası olanlar hələ də ümidlərini itirmirlər və məhz elə D.Tramp məsələsinə çox böyük ümidlər bəsləyirlər.
Nə bilmək olar? Prinsipcə, hər şey mümkündür. Azərbaycanın siyasi təcrübəsində başqa ənənə də var – çox az adama vəzifədən problemsiz getmək nəsib olur. Adətən böyük əksəriyyət vəzifə ilə birgə çox şeyləri itirir, hətta azadlıqdan məhrum olanlar da az olmur. Ona görə də bir məsələdə əminik ki, D.Trampa çıxış bütün hallarda Z.Məmmədov üçün bir immunitet rolunu oynayacaq və ən azı onun toxunulmazılığını təmin edəcək ki, bu da indiki Azərbaycan şəraitində elə də az deyildir...
ÇIXIŞ YOLU DEYİL, AMMA BAŞQA TƏKLİF DƏ YOXDUR...
O ki qaldı bir daha baş nazir A.Rasi-Zadənin mümkün istefasına və gələcək kabinet dəyişikliklərinəyenə də deyirik ki, bütün hallarda bu da uzaq gələcəyin predmeti deyildir. Bir tərəfdən xeyli qocalmış Rasi-Zadənin vəzifədən getməsi, digər tərəfdən də ali icra hakimiyyətinin gec-tez Konstitusiyanın tələblərinə uyğunlaşdırılması elə bir tərəddüd doğurmur və böyük bir ehtimalla çox tez zamanda bunlar baş verəcək.
Düzdür, vitse-prezidentlik institutu ilə bağlı daha iki ciddi məqam vardır. Birincisi, bu institut təsis edilərkən əsas məqsəd hökumətin işini gücləndirmək və yaxud onun çevikliyini artırmaq yox, bütövlükdə hakimiyyəti gücləndirmək idi. Amma, necə deyərlər, bu məsələdə də iki məqsəd heç də biri-birinə mane olmur..
Üstəlik, birinci vitse-prezident təyin ediləndən sonra baş nazir postu istər–istəməz özünün aktuallığını itirəcək, hətta səhv etmirəmsə, birdəfəlik ləğv ediləcəkdir. Ona görə də A.Rasi-Zadənin də hökumətdən getməsi bu aspektdən də zəruridir. Həm də 85 yaşlı bir adamın təzədən böyük bir vəzifəyə, birinci vitse-prezident və yaxud da vitse-prezident vəzifəsinə təyin edilməsi heç inandırıcı görünmür...
Düzdür, burada başqa bir maraqlı məqam da vardır. Azərbaycan Ali Qanunun tələblərinə fövqəl sayğısı ilə seçilən ölkələrdən deyil. Bəzən bu tələblərin gerçəkləşməsini illərlə gözləmək lazım gəlir. Məsələn, yadıma gəlir, hələ 1995-ci ilin konstitusiyasına hərbi doktrina haqqında müddəa daxil edilmişdi. Onun icrasını düz on il gözləmək lazım gəldi...
Fəqət, bütün hallarda vitse-prezidentlik institutu tamam başqa bir məsələdir və birbaşa hakimiyyətin özəl maraqlarını ifadə edir. Ona görə də bu dəfə böyük ehtimalla on il gözləmək lazım gəlməyəcək...
O başqa məsələdir ki, həmin institut nə qədər effektli olacaqdır?
Hələ bir nəfər olsun, müstəqil iqtisadçı bu institutun yaranması ilə hökumətin işinin effektivliyinin artacağını dilə gətirməyib. Amma hakimiyyətin struktur islahatları ilə bağlı portfelində başqa bir şey yoxdur və bir daha deyirik ki, gec-tez ali icra orqanı Konstitusiyanın tələblərinə uyğunlaşdırılmalıdır.
Azərbaycan hakimiyyəti fors-major situasiyalardan prinsipcə, sığortalanıb - ölkədə güclü müxalifət yoxdur, cəmiyyət hansısa ciddi narazılıq nümayiş etdirmir. Amma Azərbaycanın narazı və yaxud dadaha böyük iddiaları olan məmurları və hətta oliqarxları vardır. Təminat varmı ki, dünyanın ən qüdrətli dövlətlərinin siyasi isteblişmentinə çıxışı olan bu adamlar kritik anlarda başqa iddialara düşməyəcəklər?
Qərəz, bir daha deyirik ki, il çox maraqlı olacaqdır. Ən azı siyasi təhlilçilər daha "Nə edim? Nə yazım? Ölkədə heç nə baş vermir!” kimi gileylərlə qovrulmayacaqlar, yazmağa da və təhlil etməyə də çox şey olacaqdır. Bircə şərtlə ki, təki yazmaq imkanları olsun, çünki məmurların ən çox qorxduğu şey vəzifələrini itirməkdirsə, jurnalistlərin də qorxusu yazmaq imkanlarından məhrum olmaqdır...
Hüseynbala Səlimov,
musavat.com
Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi