Azərbaycan və Ermənistan XİN rəhbərləri Münhendə görüşdü - Təfərrüat aşıqlanmır

img

17-02-2017 [00:33]


Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və onun erməni həmkarı Edvard Nalbandyan arasında Münhendə görüş baş tutub. 

Bu barədə "Facebook” səhifəsində Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan yazıb.

T.Balayan, görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutduğunu bildirib.
Görüşün digər təfərrüatları açıqlanmır.

Danışıqlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş 2016-cı ilin dekabrında Hamburqda baş tutub.


APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA